“Ermənistanı başa salması üçün Ordumuza imkan verməliyik” – Ədalət Verdiyevin yazısı

   “Ermənistanı başa salması üçün Ordumuza imkan verməliyik” –    Ədalət Verdiyevin yazısı
  03 May 2022    Oxunub:4069
Mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Buna bölmələrimiz tərəfindən adekvat cavab verilməlidir. Həmin cavab tədbirləri atəş açılan düşmən mövqeləri üzərində Bayrağımızın dalğalanması ilə nəticələnməlidir. Takti şərait tələb edərsə, bir qədər dərinliyə irəliləmək də olar. Bu atəş açan düşmənə qarşı hələ ki ən təsirli metoddur.

Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, sərhədlərin təyin olunması prosesini süni şəkildə uzadırsa, bu az imiş kimi atəşkəsi də pozursa, o zaman Azərbaycan Ordusu birtərəfli qaydada birgə Bəyanatın şərtlərini yerinə yetirməklə acı reallığı düşmənə başa salmalıdır.

Əgər əks tərəf əfv diləmək əvəzinə hansısa artıq-əskik fikir səsləndirərsə, Azərbaycan “Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə rəsmi Bakı birgə Bəyanatdan imzasını geri çəkə bilər” açıqlaması ilə noyabrın 9-na olan vəziyyətə qayıtmaq haqda düşünməlidir. Göründüyü kimi, sadə bir açıqlama ilə minimum 1 ildə bütün Ermənistanda daxili təlatümləri təmin etmək mümkündür.

Onsuz da Ermənistanın Azərbaycana cavab vermək üçün 100 qramlıq dilləri istisna olunmaqla, heç bir hərbi müqavimət potensialı mövcud deyil. “Ermənistanın perimetrindən uzun” və başlarından çox böyük danışan erməni dillərinin kimin göstərişi ilə danışdığını bilirik. Odur ki, tarixi məqam yetişmişkən, bu uzun dillərin dibindən qoparmaq və düşmənin bədəninin müvafiq nahiyəsində yerləşdirmək üçün Ordumuza imkan verməliyik.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Atəşkəs  





Xəbər lenti