Slovakiya Kiyevin hərbi texnikalarını təmir və modernləşdirəcək

   Slovakiya Kiyevin hərbi texnikalarını təmir və modernləşdirəcək
  03 May 2022    Oxunub:776
Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikaları Slovakiyanın müdafiə müəssisələrində təmir edilərək modernləşdiriləcək. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
TAZ-ın məlumatına görə faktı Müdafiə Nazirliyinin mətbuat katibi Martin Koval-Kakaçikov təsdiqləyib.

- Bəli, mən təsdiq edə bilərəm ki, "Konştrukta-Defence" dövlət səhmdar cəmiyyəti Ukrayna hərbi texnikasının təmiri və modernləşdirilməsi üzrə müqavilə imzalayıb. Birinci sifariş onlarla BRDM-2 zirehli texnikasıdır, - mətbuat katibi deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti