ABŞ-dan İŞİD xəbərdarlığı: "Əfqanıstanda bərpa olunmağa çalışırlar"

      ABŞ-dan İŞİD xəbərdarlığı:    "Əfqanıstanda bərpa olunmağa çalışırlar"
  03 May 2022    Oxunub:1047
ABŞ İŞİD terror qruplaşmasının və buna bənzər qrupların Əfqanıstanda qüvvələrini bərpa etməyə çalışdığına dair əlamətlər görür. Lakin onlar indiyədək buna nail ola bilməyiblər.
AzVision.az xəbər verir ki, bunu ABŞ ordusunun rəsmisi Mark Milley deyib.

O bu barədə ABŞ Senatında çıxışı zamanı məlumat verib.
Milley etiraf edib ki, İŞİD və Əfqanıstanda yerləşən digər terror qruplaşmaları gələcəkdə Amerika torpaqlarına zərbələr endirməyi planlaşdıra bilərlər. ABŞ hərbi rəsmisi həmçinin qeyd edib ki, o, Amerika kəşfiyyatının hazırkı proqnozunu nəzərə alır, ona görə Əfqanıstandakı terrorçular ən tez 2023-cü ilə qədər digər ölkələr üçün təhlükə yarada bilməyəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İŞİD   ABŞ  



Xəbər lenti