Ukraynada zavod atəşə tutulub- 10 ölü, 15 yaralı

   Ukraynada zavod atəşə tutulub-    10 ölü, 15 yaralı
  03 May 2022    Oxunub:1610
Ukraynanın Donetsk bölgəsindəki Avdeyevka koks-kimya zavoduna hücum olub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenkoya istinad ediblər.

Onun sözlərinə görə, atəş nəticəsində 10 nəfər həlak olub, daha 15 nəfər yaralanıb. Ölü sayının artacağı istisna edilmir.
Kirilenko əlavə edib, hadisə zavodun işçiləri evə gedərkən avtobus gözləyəndə baş verib.

AzVision.az



Teqlər:



Xəbər lenti