İrəvanda müxalifət etiraz yürüşü keçirib - VİDEO

   İrəvanda müxalifət etiraz yürüşü keçirib -    VİDEO
  03 May 2022    Oxunub:1021
Bu gün axşam saatlarında Ermənistanda “Müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzi küçələri ilə yürüş ediblər.
AzVision.az xəbər verir ki, bu gün keçirilən etiraz aksiyaları əvvəlki günlərdə təşkil olunanlardan fərqli olub. Yürüşün marşrutu bir qədər dəyişib. Nümayişçilər bu dəfə Fransa meydanından Moskovyan, Abovyan, Əmiryan küçələrinə hərəkət ediblər. Təşkilatçılar növbəti marşrutu açıqlamayıblar.

Yürüşdə Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryan da iştirak edib. Etirazçılar artıq etiraz hərəkatının himninə çevrilmiş “Zartnir, lao!” mahnısını oxuyublar.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti