Solovyov Mariupola gedib

Solovyov Mariupola gedib
  03 May 2022    Oxunub:1368
Rusiyalı jurnalist və qalmaqalları ilə ad çıxarmış teleaparıcı Vladimir Solovyov Mariupola gedib. AzVision.az xəbər verir ki, o, Donetsk separatçılarının lideri Denis Puşilinlə şəhəri gəzib.
"Solovyov İliç zavoduna, Mariupolun dəniz limanına baş çəkib, sakinlər və rus hərbçiləri ilə küçələrdə söhbət edib”, - yerli media Solovyovun Mariupola qəfl gedişi ilə bağlı yazıb.

Qeyd edək ki, adı sanksiyalara düşmüş Rusiya vətəndaşları ilə bağlı siyahıda Solovyov da var. Ona qarşı bu günlərdə sui-qəsd hazırlanması barədə məlumat yayılmışdı.

AzVision.az



Teqlər:



Xəbər lenti