Rusiya Ukraynada ABŞ istehsalı olan radiolokasiya stansiyasını vurub

Rusiya Ukraynada ABŞ istehsalı olan radiolokasiya stansiyasını vurub
  03 May 2022    Oxunub:1057
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş və Amerika istehsalı olan radiolokasiya stansiyasını vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələri gün ərzində Nikolaevka, Volçeyarovka və Lisıçansk bölgələrində üç Ukrayna S-300 hava hücumundan müdafiə sistemini, "Toçka-U" raketini, "Osa-AKM" və üç MLRS BM-21 qradını vurub.

- Bundan əlavə, Krasnı Liman, Kramatorsk və Kamışevaxa yaşayış məntəqələrində hava hədəflərinin aşkarlanması üçün dörd RLS, altı sursat və raket və artilleriya silahı anbarı məhv edilib,- general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti