Berns Səudiyyə Ərəbistanına gizli səfər edib
Qəzet yazır ki, bu gözlənilməz və gizli səfər Vaşinqtonun “Yaxın Şərqdə təhlükəsizlik sahəsində əsas tərəfdaş” kimi qiymətləndirdiyi Ər-Riyadla əlaqələri bərpa etmək cəhdləri fonunda baş tutub.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi ilə Berns arasında görüş müsəlmanların müqəddəs Ramazan ayının əksər hissəsini keçirdiyi sahilyanı Ciddə şəhərində baş tutub. Müzakirələrin təfərrüatları məlum deyil. Lakin mənbələr müzakirə olunan mövzuların siyahısına neft hasilatı, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat, İranın nüvə proqramı və Yəməndəki silahlı münaqişənin daxil olduğunu bildirir.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


