Ukraynada yol qəzasında 27 nəfər ölüb

Ukraynada yol qəzasında 27 nəfər ölüb
  04 May 2022    Oxunub:762
Ukraynada Roven vilayətində avtobus və yanacaq daşıyan maşın toqquşub. Ağır yol qəzası nəticəsində 27 nəfər ölüb, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Hadisə saat 19:30 radələrində Kiyev-Çop avtomobil yolunda baş verib. İlkin məlumata görə, yanacaq daşıyan yük maşını beynəlxalq daşımaları həyata keçirən avtobusla toqquşub. Toqquşmadan sonra yanğın baş verib.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti