Putin "Qiyamət təyyarəsini" havaya qaldırdı - VİDEO

   Putin "Qiyamət təyyarəsini" havaya qaldırdı -    VİDEO
  04 May 2022    Oxunub:6319
Moskva səmasında Rusiya Prezidenti Vladimir Putinin "Qiyamət günü təyyarəsi" müşahidə edilib. AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, Putinin nüvə təhlükəsi zamanı Rusiya dövlətinə nəzarət edə biləcəyi təyyarə kimi tanınan bu xüsusi hava gəmisi nadir hallarda fəaliyyət göstərir.

"Kiyevə nüvə atılsa, ABŞ 15 dəqiqəyə Kremli vuracaq" – Putinin tələbə yoldaşı
Məlumata görə mayın 9-da Qırmızı meydanda keçiriləcək parad zamanı "İl-80 Maxdome" adlı məlum təyyarənin də uçuşu gözlənilir. Bu cür hal isə sonuncu dəfə 2010-cu ildə baş verib.

Ekspertlər belə hesab edirlər ki, Putin bu yolla Qərbə nüvə silahından istifadə ilə bağlı niyyətlərinin ciddiliyi barədə siqnal göndərir.

"IL-80 Maxdome"nin fərqli xüsusiyyətlərindən biri də onun havada yanacaq doldurmaq imkanıdır. Bundan başqa təyyarə gücləndirilmiş qanad və gövdə quruluşu ilə seçilir. Bu isə mümkün nüvə partlayışı zamanı zərbələrin təyyarəyə təsirlərini azaltmaq üçündür.

Xatırladaq ki, bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verərkən dolayı yolla Moskvanın gələcəkdə nüvə silahından istifadə edə biləcəyinə eyham vurmuşdu.

Ukrayna prezidenti Vladimir Zelenski isə dünyaya xəbərdarlıq ünvanlamışdı ki, hər kəs Rusiyanın nüvə zərbəsinə hazırlaşmalıdır. Öz növbəsində, Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç də Rusiya rəhbərliyinin Ukrayna ərazisinə nüvə zərbələri endirəcəyi ilə bağlı xəbərdarlıqlar edib.

ABŞ Dövlət Departamenti isə Kremli Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə bunun nəticələri ilə hədələyib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Nüvə   Putin   Rusiya  



Xəbər lenti