Rusiya Ukraynaya silah gətirən nəqliyyat vasitələrini vuracaq

   Rusiya Ukraynaya silah gətirən nəqliyyat vasitələrini vuracaq
  04 May 2022    Oxunub:1293
“ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silahla təchiz etməkdə davam edirlər. Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək”. AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
“Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materiallar gələn istənilən nəqliyyat vasitəsini məhv etməyimiz üçün qanuni hədəf hesab olunur. Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək”, - o, söyləyib.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti