Rusiya Ukraynanı donanmadan “Kalibr”lə vurdu - VİDEO

   Rusiya Ukraynanı donanmadan “Kalibr”lə vurdu -    VİDEO
  04 May 2022    Oxunub:1505
Rusiya Ukraynaya növbəti dəfə raket zərbəsi endirib. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyi əməliyyatla bağlı video yayıb.
Bildirilir ki, Qara Dəniz Donanmasının sualtı qayığının ekipajı Qara dənizdən Ukraynadakı hədəflərə iki “Kalibr” qanadlı raketi atıb. Videoda raketin səmaya qalxması və Ukraynadakı hədəflərə doğru uçması əks olunub.

Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başlayandan bir neçə dəfə "Kalibr" raketlərindən istifadə edib.



Tural Tağıyev
AzVision.az


Teqlər: Rusiya   Raket  



Xəbər lenti