Ermənistanda polislə etirazçılar arasında dava düşüb - VİDEO

   Ermənistanda polislə etirazçılar arasında dava düşüb -   VİDEO
  04 May 2022    Oxunub:1952
Ermənistanın paytaxtı İrəvanda iki həftədir davam edən etiraz aksiyaları artıq bölgələrə də keçib. AzVision.az xəbər verir ki, yerli media bu gün etirazçıların Sevan-İrəvan yolunun bir hissəsini bağladığını yazıb.
Qeyd edilir ki, hadisə yerinə gələn polis etirazçıları yolu açmağa razı salmağa çalışsa da, nəticəsi olmayıb.

"Daha sonra hüquq-mühafizə orqanları qətiyyətli addımlar atıblar, güc tətbiq edərək aksiya fəallarını ərazidən uzaqlaşdırmağa cəhd ediblər. Bu zaman dava düşüb. Polis sonda avtomobil yolunun bir hissəsini açmağa müvəffəq olub. Etirazçılar paytaxta yürüş etməyə razılaşıblar", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  



Xəbər lenti