Rusiya Yaponiyanın hökumət başçısını və nazirləri “qara siyahı”ya saldı

   Rusiya Yaponiyanın hökumət başçısını və nazirləri “qara siyahı”ya saldı
  04 May 2022    Oxunub:953
Rusiya baş nazir Fumio Kişida, xarici işlər naziri Hayashi Yoşimasa və müdafiə naziri Kişi Nobua da daxil olmaqla 63 Yaponiya vətəndaşını “qara siyahı”sına əlavə edib.
AzVision.az xəbər verir ki, Rusiya ərazisinə girişə qeyri-müəyyən müddətə qadağa qoyulmasını nəzərdə tutan sanksiyalar bir sıra yapon parlamentarilərinə, Yaponiya KİV rəhbərlərinə, jurnalistlərə və elmi ictimaiyyət nümayəndələrinə də tətbiq edilib. Sanksiya siyahısına daxil edilən şəxslərin tam siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qqeyd edilir ki, Fumio Kişida administrasiyası misli görünməmiş anti-Rusiya kampaniyasına başlayıb, Rusiya Federasiyasına qarşı qəbuledilməz ritorikaya, o cümlədən böhtan və birbaşa təhdidlərə yol verir.


AzVision.az



Teqlər: Yaponiya  



Xəbər lenti