Rusiya DİN Nevzorovu axtarışa verdi

   Rusiya DİN Nevzorovu axtarışa verdi
  04 May 2022    Oxunub:918
Rusiya Daxili İşlər Nazirliyi jurnalist Aleksandr Nevzorovu axtarışa verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, nazirliyin məlumat bazasında onun cinayət maddəsi ilə axtarışa verildiyi qeyd edilib.
Xatırladaq ki, bir müddət öncə İstintaq Komitəsi Nevzorova qarşı Rusiya silahlı qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da İnstaqramda və martın 19-da YouTube-da Rusiya Silahlı Qüvvələrinin Mariupoldakı doğum evini atəşə tutması ilə bağlı qəsdən yalan məlumat yayıb. Bununla bağlı görüntülərin mənbələri isə Ukrayna mediası olub. İstintaq Komitəsi onu da xatırladıb ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi bu məlumatın yalan olduğunu rəsmən elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti