İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilir - CANLI

  İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilir -    CANLI
  04 May 2022    Oxunub:2141
Ermənistanda vəziyyət gərgin olaraq qalır. AzVision.az xəbər verir ki, paytaxt İrəvanda 2 həftədir davam edən etiraz aksiyaları artıq bölgələrə də yayılıb.
Ermənistanda polislə etirazçılar arasında dava düşüb - VİDEO
Müxalifət fəalları yolları bağlayır, polislə toqquşmalara gedərək hakimiyyət əleyhinə şüarlar səsləndirirlər. Hazırda isə paytaxtın Fransa meydanında genişmiqyaslı mitinq təşkil edilib. Müxalifət baş nazir Nikol Paşinyanın hakimiyyəti təhvil verməsini tələb edir. Etirazçıların meydanda quraşdırdıqları tabloda faşist Qaregin Njdeyə aid görüntülərlə yanaşı, separatçı çağırışlar, Azərbaycan ərazilərinə iddiaları əks etdirən fotolar da əks olunub.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Mitinq   İrəvan  



Xəbər lenti