Seçkilərin hər turunda bu cəmiyyət ifrat həddə gətirildi. Hər hansı fikir ayrılığı yarandıqda qan tökülür və dövlət öz ambisiyalarını təmin edənlərin alətinə çevrilir. Biz bu iyrənc vəziyyətdən təkcə öz ağlımızla çıxa bilmərik. Çünki bir tikə çörək müqabilində özümüzdən başqa hər kəsin mənafeyinə xidmət etməyə hazırıq. Bu ölkə nəfəs ala bilmir, hamı boğaza yığılıb. Bu insanlara yazığım gəlir. Öldürün, işgəncə verin, kəsib doğrayın və gedin... Onsuz da günbəgün, saatbasaat sözün həqiqi mənasında kiçilirik. Üfunətli məqsədləriniz üçün ümidin son damlasını öldürməyin, - teleaaprıcı siyasi elitanın xalqa yaşatdıqlarından gileylənib.

O həmçinin 1988 - cildəki məşhur zəlzələdən tutmuş, 1991-1994 - Birinci Qarabağ müharibəsi, 1996 -cı il seçkidən sonrakı xaos, 2003 -cü il "Dəmirçiyan təlatümləri", 2008 -in 1 martındakı qırğın, 2018 inqilabı və 2020 -ci il 44 günlük müharibəyə qədər bir sıra tarixi hadisələri xatırlayaraq bədbəxt bir ölkədə yaşadıqlarını etiraf edib.
- Bu məmləkətin yerində canlı bir adam olsaydı, çoxdan ölərdi... Bu siyahıdakı hadisələrə baxanda başa düşürsünüzmü ki, bu xalqın vəziyyəti necə acınacaqlıdır? Nəhayət hamınız siyasətdən gedin. Əllərinizdə o qədər qan var ki, onu gölə çevirib orada çimmək olar. Erməni qanını içməyin... Gələcəkdə heç birinizin bir daha lider olmayacağını elan edin, siyasətdən gedəcəyinizə söz verin. Heç olmasa bu insanlara dincəlməyə vaxt verən biri gəlsin. Çox deyil, 5 il rahat yaşayaq. Nikol getməlidir! Amma yolda Köçəryan, Sarkisyan, Ter-Petrosyanla əl-ələ verib birlikdə, mehribancasına getməlidir, - Qriqoryan deyib
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


