Britaniya azərbaycanlı jurnalistə sanksiya tətbiq etdi

   Britaniya  azərbaycanlı jurnalistə sanksiya tətbiq etdi
  04 May 2022    Oxunub:1557
Böyük Britaniya hökuməti Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinə və bir neçə rusiyalı jurnalistə qarşı sanksiya tətbiq edib.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər sırasında azərbaycanlı jurnalist Nailə Əsgərzadə, aparıcı Mixail Leontyev, Rusiya Prezidentinin köməkçisi, Birinci kanalın Direktorlar şurasının sədri Maksim Oreşkin var.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiya tətbiq edilən jurnalistlərin Britaniyaya girişinə qadağa qoyulub, ölkədə həmin şəxslərin bank hesabları aşkar olunarsa, dondurulacaq.

AzVision.az



Teqlər: Britaniya  



Xəbər lenti