Rumıniya Rusiya neftindən mərhələli imtinanı dəstəklədi

 Rumıniya Rusiya neftindən mərhələli imtinanı dəstəklədi
  04 May 2022    Oxunub:774
“Rəsmi Buxarest Avropa Komissiyasının Avropa İttifaqının Rusiya neftinin idxalına mərhələli qadağa tətbiq etmək təşəbbüsünü dəstəkləyir”.
AzVision.az xəbər verir ki, bunu Rumıniya prezidenti Klaus İohannis keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Rumıniya bir neçə fərqli ssenarini nəzərdən keçirir. O, əmindir ki, Avropa rəhbərliyi Rusiya neftindən imtina etmək qərarına gəlsə, ölkə bunun öhdəsindən gələcək.

"Biz yaxın 6 ay ərzində Rusiya neftindən mərhələli şəkildə imtina etməyi təklif edən Avropa Komissiyasının təklifini dəstəkləyirik. Rusiya neftinin və qazının mərhələli şəkildə dayandırılması məsələsi uzun müddətdir müzakirə olunur, Rumıniya hökuməti bunu mümkün qədər tez etməyə razıdır”, - İohannis bildirib.


AzVision.az



Teqlər: Rumıniya  



Xəbər lenti