"Artilleriya tələsi": Ruslar qaçmağa yer tapmadı - VİDEO

     "Artilleriya tələsi": Ruslar qaçmağa yer tapmadı -    VİDEO
  04 May 2022    Oxunub:1415
Bu gün Ukrayna mediası ordunun kəndlərdən birində mövqelənmiş rusiyalı hərbçilərə qarşı reallaşdırdığı uğurlu əməliyyatı barədə video yayıb. AzVision.az xəbər verir ki, görüntülərdə rusların məhəllədən kənara qaça bilməmələri və özlərinə sığınacaq tapmağa cəhd etmələri əks olunub.
Artilleriya ilə dəqiq atışlar edən ukraynalı hərbçilər isə onların ayaq basdığı bütün bina və küçələri dərhal vururlar.

Qeyd edilir ki, əməliyyatı knyaz Konstantin Ostrojski adına 30-cu mexanikləşdirilmiş briqada həyata keçirib. Briqadanın sosial şəbəkələrdəki səhifəsində isə bu video "Düşməni Ukrayna torpağına ayaq basdığı üçün belə qorxu içində saxlamaq lazımdır" başlığı ilə paylaşılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti