"Vəziyyət ağırdır, qanlı döyüşlər gedir" - Azov alayının komandiri

 "Vəziyyət ağırdır, qanlı döyüşlər gedir" -  Azov alayının komandiri
  05 May 2022    Oxunub:3154
"“Azovstal”da vəziyyət son dərəcə ağırdır, lakin Mariupolun müdafiəçiləri müdafiə xəttini saxlamaqda davam edirlər".Bu barədə Azov alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko videomüraciətində bildirib.
"Aprelin 25-dən biz "Azovstal" zavodunda hərtərəfli müdafiəni təmin edirik. Artıq ikinci gündür ki, düşmən zavoda soxulur", - o deyib.

Prokopenkonun sözlərinə görə, ağır qanlı döyüşlər davam edir.

"Mən düşmənin hücumunu dayandırmaq üçün fövqəlbəşəri səylər göstərən əsgərlərimlə fəxr edirəm.

Vəziyyət son dərəcə ağırdır, lakin nə olursa olsun, biz müdafiəni saxlamaq əmrini yerinə yetirməyə davam edirik", - Prokopenko vurğulayıb.



Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti