ABŞ-da marixuana satışları “Starbucks”ın gəlirlərini üstələdi

   ABŞ-da marixuana satışları “Starbucks”ın gəlirlərini üstələdi
  05 May 2022    Oxunub:973
2021-ci ildə ABŞ-da tibbi marixuana satışlarından əldə olunan gəlir 30% artaraq 24,5 milyard ABŞ dollarına çatıb. Bu rəqəm məşhur qəhvə şəbəkəsi “Starbucks Corp”un gəlirini üstələyib.
AzVision.az xəbər verir ki, bu barədə “MJBiz” agentliyi məlumat yayıb. “MarketWatch” qeyd edir ki, çətənə ölkənin 39 ştatında qanuniləşdirilib, “Starbucks” isə 50 ştatın hamısında fəaliyyət göstərir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ABŞ-da 52,8 milyard ABŞ dolları dəyərində siqaret satılıb, qlobal opioid satışı isə 23,2 milyard ABŞ dolları olub.

AzVision.az


Teqlər: ABŞ  



Xəbər lenti