Ermənistanda polis aksiya iştirakçılarına güc tətbiq edib - VİDEO
"Yolun hərəkət hissəsini bağlayan aksiya iştirakçıları səki ilə Davitaşen körpüsünə doğru gediblər. Polis əməkdaşları onlara yaxınlaşaraq digər vətəndaşların hərəkətinə mane olduqlarını bəyan ediblər. Bundan sonra aktivistlərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma başlayıb. Fəallar “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər. Polisin sərt davranışları isə çoxlarının hiddətinə səbəb olub. Hətta yoldan keçən bəzi şəxslər fəallara güc tətbiq edərək hansı səbəbdən saxlanıldığını öyrənməyə çalışsalar da, heç bir cavab ala bilməyiblər", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Aksiya Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


