Polis İrəvanda ASALA terrorçusunu saxladı - VİDEO

   Polis İrəvanda ASALA terrorçusunu saxladı -    VİDEO
  05 May 2022    Oxunub:1261
Ermənistan polisi terror təşkilatı olan ASALA-nın ən qəddar və qalmaqallı qatilini saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar hüquq müdafiəçisi Ambik Sasunyana istinad ediblər. Bildirilir ki, artıq hüquq-mühafizə orqanları da ASALA terrorçusunun həbsini təsdiqləyiblər.

- Polisləri “Vətəndaş Müqaviləsi” fraksiyasınının üzvləri və türk xalqı ucadan alqışlayır, - hüquqşünas deyib.

Qeyd edək ki, ASALA terrorçusu Sasunyan 1982-ci ildə Türkiyənin Los Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirdiyi üçün ömürlük həbs cəzasına məhkum edilmişdi. 2021-ci ilin oktyabrında isə gözlənilmədən azadlığa buraxıldı.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Polis   Terrorçu  



Xəbər lenti