İrəvanda keçmiş polis rəisinin qızının meyiti tapılıb
"Qətl cümə axşamı gecə baş verib. Səhər saat 01:50 radələrində təcili tibbi yardım briqadası Adonts küçəsinə gedib və orada evlərdən birində qadın meyiti aşkarlanıb. Ərəbkir polis şöbəsinin əməliyyat qrupu hadisə yerində araşdırmalar aparıblar. Polis və müstəntiqlər 35 yaşlı Tatevik Abramyanın boynunda və üzündə zorakılıq izləri aşkar ediblər. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 104-cü (qəsdən adam öldürmə) maddəsinin 1-ci bəndi üzrə cinayət işi başlanıb. Qətlə yetirilən qadının əri 31 yaşlı Narek Sarkisyan isə axtarışa verilib. Mənbəmizin verdiyi məlumata görə, qadın Ermənistanın Kotayk rayonunun keçmiş polis rəisi Avetik Abramyanın qızıdır", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


