Rusiya 2 “Toçka-U” raket kompleksini vurub

Rusiya 2 “Toçka-U” raket kompleksini vurub
  05 May 2022    Oxunub:954
Rusiya Ukraynada həyata keçirilən hərbi əməliyyatlara dair yeni məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinqdə deyib ki, Rusiya Raket Qüvvələri “Toçka-U” raket kompleksinin nəqliyyat-yükləyici maşınını məhv edib.
- Gecə saatlarında raket qüvvələri Ukrayna Silahlı Qüvvələrinin iki komanda məntəqəsinə, atəş mövqeyində olan artilleriya batareyasına, həmçinin “Toçka-U” taktiki raket kompleksinin iki buraxılış qurğusuna və bir nəqliyyat-yükləmə maşınına zərbələr endirib, - Konaşenkov deyib.

Həmçinin qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin artilleriyası gecə ərzində Ukraynanın 32 komanda məntəqəsini, 5 anbarını, 600-dən çox hərbçini və 61 texnikanı vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti