İrəvanda polislə etirazçılar arasında dava düşdü - VİDEO

   İrəvanda polislə etirazçılar arasında dava düşdü -    VİDEO
  05 May 2022    Oxunub:972
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı polislə müxalifətçilər arasında toqquşma olub. AzVision.az xəbər verir ki, polis yürüş keçirən narazı kütləni Dalma ticarət mərkəzinə aparan Atenk küçəsi boyunca sərt şəkildə müşayiət edib.
Bundan sonra etirazçılar polislərə sərt təpki veriblər.

İrəvanda daha bir polis zorakılığı - VİDEO
"Deputat Aram Vardevanyan və Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da polisin müşayiəti ilə küçəboyu hərəkət edirlərmiş. Nəqliyyatın hərəkəti birtərəfli bağlanıb, avtomobillər fəallara dəstək üçün siqnal veriblər. Lakin əraziyə əlavə polis qüvvələri gətirildikdən sonra qarşıdurm başlayıb",- məqalədə yazılıb.

Vardevanyan jurnalistlərə açıqlama verərək deyib ki, aksiya zamanı onu üç dəfə saxlamağa cəhd ediblər.

- İlkin məlumatlara görə, bölmələrə 20-yə yaxın adam aparılıb. Polis təxribatlara əl atır, ümid edir ki, biz geri çəkiləcəyik. Amma yox. Sayımız artacaq və məqsədimizə nail olacağıq, - hərbi cani Robert Köçəryanın oğlu jurnalistlərə deyib.

Xatırladaq ki, mayın 2-dən başlayaraq Ermənistan müxalifəti paytaxtda yenidən aktiv etiraz aksiyalarını bərpa ediblər. Aksiya iştirakçıları Nikol Paşinyanın istefasını tələb edir, vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti