Peskov Ermənistanda baş verənlərə münasibət bildirdi

   Peskov Ermənistanda baş verənlərə münasibət bildirdi
  05 May 2022    Oxunub:710
Ermənistanda baş verənlər ölkənin daxili işidir, lakin Moskva vəziyyətin tez bir zamanda həllində maraqlıdır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib .O vurğulayıb ki, İrəvan Moskvanın müttəfiqidir. "Ermənistan bizim müttəfiqimizdir, bizim üçün çox vacib olan bir neçə inteqrasiya formatında tərəfdaşımızdır, Ermənistan bizim böyük dostumuzdur".

Peskov əlavə edib ki, Ermənistanda sabitlik dövrü Rusiya Prezidentinin iştirakı ilə yekunlaşan Qarabağ üzrə üçtərəfli bəyanatların icrasını mərhələli şəkildə həyata keçirməyə imkan verəcək.

AzVision.az



Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti