İtaliya Ukraynanı hava hücümundan müdafiə sistemləri ilə təmin edəcək

   İtaliya Ukraynanı hava hücümundan müdafiə sistemləri ilə təmin edəcək
  05 May 2022    Oxunub:590
İtaliya Ukraynanı hava hücumundan müdafiə sistemləri, minaatan və artilleriya mərmiləri ilə təmin etmək niyyətindədir. AzVision.az xəbər verir ki, bunu müdafiə naziri Lorenzo Qerini deyib.
Nazirin sözlərinə görə, İtaliya hakimiyyəti müdafiə naziri, Xarici İşlər Nazirliyi və Maliyyə nazirliklərinin rəhbərləri tərəfindən imzalanmış iki idarələrarası fərman hazırlayıb. Fərman “Ukraynanın müdafiə səylərini dəstəkləmək və gücləndirmək üçün hərbi sistemlərin və vasitələrin növünü və sayını müəyyən edən" sənəd kimi tanınır.

- Texniki təfərrüatları məxfiləşdirilən İtaliyanın məlum yardımları tank əleyhinə silahlar, yaxın mənzilli hava hücumundan müdafiə sistemləri, minaatanlar, artilleriya mərmiləri, rabitə və fərdi qoruyucu vasitələri, sağ qalma dəstlərini nəzərdə tutur”, - nazir deyib.

Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti