Soçi-Bakı reysi üzrə uçuşlar başlayacaq

Soçi-Bakı reysi üzrə uçuşlar başlayacaq
  05 May 2022    Oxunub:1633
“Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi reyslərini yerinə yetirməyə başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, uçuşlar mayın 9-dan bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Təyyarə saat 1:00-da Soçidən yola düşəcək, saat 3:50-də Bakıya enəcək. Bakıdan isə saat 4:20-də yola düşəcək və 5:20-də Soçiyə eniş edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti