Zelenski Almaniya Prezidenti və kanslerini Ukraynaya dəvət edib

  Zelenski Almaniya Prezidenti və kanslerini Ukraynaya dəvət edib
  05 May 2022    Oxunub:2185
Almaniya Prezidenti Frank-Volter Ştaynmayerlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya prezidentinin administrasiyası məlumat yayıb. Bildirilib ki, hər iki prezidentin danışığı çox yaxşı keçib və keçmişdə yaşanan anlaşılmazlıq aradan qaldırılıb. Onlar yaxın təmasda qalmaqla bağlı razılaşıblar.

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak söhbətin detallarının daha sonra açıqlanacağını qeyd edib. O əlavə edib ki, Almaniya Ukraynanın güclü müttəfiqi olaraq qalır və Rusiyanın Avropanın birliyini pozmaq cəhdləri boşunadır.

Telefon danışığı ilə bağlı Almaniya Prezidentinin administrasiyasının yaydığı məlumata görə, söhbət zamanı Zelenski Almaniya Prezidenti Frank-Volter Ştaynmayer və kansler Olaf Şoltsu Ukraynaya səfərə dəvət edib.

AzVision.az



Teqlər:



Xəbər lenti