Putin Lavrova görə İsrailin baş nazirindən üzr istədi

   Putin Lavrova görə İsrailin baş nazirindən üzr istədi
  05 May 2022    Oxunub:5027
İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Telefon söhbəti zamanı tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Baş nazir yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,- deyə bildirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti