Xiyarı əlində qalan millət

      Xiyarı əlində qalan millət
  05 May 2022    Oxunub:4380
Əsli-nəsli bilinməyən erməni tayfasının (çox güman ki, kimlərdənsə oğurladığı) "atalar" sözündə deyilir ki: “Həyat xiyardır və həmişə əlində olmur...”
Görünür, elə məhz "əllərində olmayan" tərəvəzi "milliləşdirmək" məqsədilə bu dəfə uzunburun varlıqlar Orta Asiya ilanvari yemiş (lat. Cucurbitaceae) növünün adını dəyişərək... "erməni xiyarı" qoyublar.

Sözügedən tərəvəz dünyada o qədər də məşhur olmadığı üçün tanınmır və ermənilər də bu məqamdan yararlanmağa çalışıblar.

Düzdür, bu absurd cəhd fikirlərdə ciddi çaşqınlığa səbəb ola bilər: artıq bilmirsən ki, Ermənistanı nə ilə assosiasiya edəsən - "çürümüş ərik", "yetişməmiş nar" və ya (əslində yemiş növü olan) uzun xiyar ilə.

Xatırlatmaq lazımdır ki, bir neçə il əvvəl erməni fermerləri yetişdirdikləri adi xıyar növünə (lat. Cucumis sativus) eks-prezident Serj Sarqsyanın adını verilmişdilər və bu fakt mediada əksini tapmışdı. Odur ki, ilanvari yemişin erməniləşdirilməsi elə də təəcüblü hadisə deyil...

Hans Kloss
AzVision.az üçün


Teqlər: Erməni   Xiyar  



Xəbər lenti