"Ma" adlı çinlinin həbsi "Alibaba"ya 26 milyarda başa gəldi

   "Ma" adlı çinlinin həbsi "Alibaba"ya 26 milyarda başa gəldi
  05 May 2022    Oxunub:940
Cek Manın həmtəsisçisi olduğu Çin elektron ticarət nəhəngi "Alibaba"nın səhmləri 9,4% ucuzlaşıb.
AzVision.az xəbər verir ki, bu barədə CNN Business məlumat yayıb. Səhmlərin ucuzlaşmasına səbəb Çin dövlət mediasının "Alibaba"nın baş qərargahının yerləşdiyi Huançjou şəhərində yaşayan "Ma" adlı şəxsin milli təhlükəsizlik səbəbi ilə saxlanması barədə məlumatı yaymasından sonra baş verib. Çin xəbər platformalarında dərc edilən bir cümləlik mesaj Honq-Konqda çaxnaşmaya səbəb olub və bir neçə dəqiqə ərzində "Alibaba"nın bazar dəyərinin təxminən 26 milyard dollar düşməsinə səbəb olub.

Daha sonra həmin şəxsin "Alibaba"nın təsisçisi Ma olmadığı aydınlaşdırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti