"Rusiya mayın 9-na kimi “Azovstal”ı tutmağa çalışacaq"- Britaniya kəşfiyyatı

   "Rusiya mayın 9-na kimi “Azovstal”ı tutmağa çalışacaq"-  Britaniya kəşfiyyatı
  06 May 2022    Oxunub:784
Kremlin "Azovstal" zavodunun "yalnız blokadaya" alınması ilə bağlı bəyanatlarına baxmayaraq, rus işğalçıları Mariupoldakı sənaye müəssisəsini bombalamağa və atəşə tutmağa davam edir. AzVision.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
"Azovstalda" döyüşlər "hasar davası"na çevrilib" - Andryuşşenko
“Rusiya mayın 9-na kimi “Azovstal”ı tamamilə ələ keçirməyə çalışacaq ki, Putin Qələbə gününə qədər heç olmasa simvolik uğur qazansın”, - kəşfiyyat xidməti qeyd edir.

Məlumatda deyilir ki, Rusiyanın davranışları Moskvaya baha başa gələcək. Rusar "Azovstal"ı ələ keçirməyə cəhdlər edən zaman həm şəxsi heyəti, həm də texnika baxımından itkilər verirlər.

"Mariupoldakı nailiyyətlər Rusiya ordusuna əhəmiyyətli itkilər hesabına başa gəldi və bu, işğalçıların Donbassın cənubundakı planlarını puça çıxarır”, - kəşfiyyat xidməti qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Azovstal   Ukrayna  





Xəbər lenti