Ermənistanın keçmiş DİN rəhbəri saxlanıb- VİDEO

  Ermənistanın keçmiş DİN rəhbəri saxlanıb-    VİDEO
  06 May 2022    Oxunub:727
İrəvanda keçirilən etiraz aksiyaları zamanı Ermənistan Polisinin keçmiş rəhbəri Valeri Osipyana qarşı güc tətbiq edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, "qırmızı beretlilər" onu kütlənin arasından ayıraraq polis bölməsinə aparmağa cəhd edib. Lakin digər aksiya iştirakçıları bunun qarşısını alıblar. Bəzi saytlar isə keçmiş polis şefinin etiraz aksiyası zamanı saxlanıldığını yazıblar.

Xatırladaq ki, Osipyan 2018-ci ildə Nikol Paşinyanın tərəfdarlarının etirazları zamanı özünü müxalifətlə əsas danışıqlar aparan şəxs kimi göstərmişdi.
O Paşinyanın kadrı kimi "Məxbəri inqilabdan" sonra Polisə rəhbərlik edib. İndi isə ona qarşı fəailiyyət göstərir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti