NATO Hərbi Komitəsinin iclası keçiriləcək

   NATO Hərbi Komitəsinin iclası keçiriləcək
  06 May 2022    Oxunub:1132
Mayın 19-da NATO-nun Baş Qərargah rəisləri səviyyəsində Hərbi Komitəsinin iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə alyansın bəyanatında deyilir. Görüşün Brüsseldə keçiriləcəyi və ona Finlandiya və İsveç nümayəndələrinin də dəvət edildiyi bildirilir. Gündəliyə Ukrayna ilə yanaşı, şərq sərhədləri yaxınlığında NATO-nun uzunmüddətli güclənməsinin müzakirəsi, Madriddə keçiriləcək sammitə hazırlıq da daxildir.

"Alyansın ali hərbi orqanı olan NATO Hərbi Komitəsi 2022-ci il mayın 19-da Brüsseldə toplaşacaq. NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer müdafiə rəislərinin də iştirak edəcəyi iclas keçirəcək”, - sənəddə deyilir.

Qeyd olunur ki, NATO-nun baş katibi Yens Stoltenberq geostrateji konteksti müzakirə etmək və 2022-ci ilin iyununda keçiriləcək Madrid sammitinə hazırlıq məqsədilə iclasın birinci hissəsinə qatılacaq.

AzVision.az


Teqlər: NATO  



Xəbər lenti