Qərb Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı razılığa gəlmir

   Qərb Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı razılığa gəlmir
  06 May 2022    Oxunub:706
Avropa İttifaqında Rusiyaya qarşı altıncı sanksiyalar paketinin müzakirəsi davam edir, Avropa Komissiyası razılığa gəlməyin mümkün olacağına əmindir.
AzVision.az xəbər verir ki, bu barədə AK-nin sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirib.

"Dəfələrlə dediyimiz kimi, sanksiyaların məqsədi Kremlə maksimum zərər vurmaq, eyni zamanda Aİ və dünyanın qalan hissəsi üçün nəticələrini minimuma endirməkdir. Bunun üçün hazırda gedən müzakirələr lazımdır, lakin biz əminik ki, biz həllini tapacıq”-deyə, o bildirib.

AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti