Zaporojyedə casus pilot saxlanılıb - FOTOLAR

   Zaporojyedə casus pilot saxlanılıb -    FOTOLAR
  06 May 2022    Oxunub:722
Ukraynada Rusiya pilotu saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Melitopol Dövlət İstintaq Bürosunun ərazi idarəsinin əməkdaşları Zaporojyedə casusluqla məşğul olmaqda şübhəli bilinən rus pilotu ifşa ediblər.

İddia olunur ki, o, Rusiya işğalı ərəfəsində Ukrayna ərazisinə daxil olub. Əməliyyat məlumatlarına görə, rusiyalı hərbi pilot son illərdə mütəmadi olaraq Zaporojyedə yaxın qohumlarına baş çəkib. Rus casus fevralın 8-də o, Ukraynaya daxil olubmuş.

"Rusiya hərbi təcavüzü başlayandan sonra pilot gizlənməyə başlayıb və anası hamıya oğlunu bir ildən artıqdır ki, görmədiyini deyib. O, özünü mülki aviasiya təqaüdçüsü kimi təqdim edib. Baxmayaraq ki, Dövlət Təhqiqatlar Bürosunun əməkdaşları onun Rusiya ordusunda xidmət etməsini sübut edən təkzibolunmaz sübutlar əldə ediblər", - məqalədə yazılıb.






Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti