Ukrayna İlan adasını "Bayraktar"la vurdu - VİDEO

   Ukrayna İlan adasını "Bayraktar"la vurdu -    VİDEO
  06 May 2022    Oxunub:1170
Ukrayna mediası Rusiya hərbi texnikalarının Pilotsuz Uçan Aaparatla sıradan çıxarılmasına dair növbəti video yayıb. AzVision.az xəbər verir ki, görüntülərin İlan adası üzərində qeydə alındığı deyilir.
Kiyev su anbarından Rusiya helikopteri tapdılar - VİDEO
Bildirilir ki, artıq üçüncü dəfədir ukraynalı hərbçilər Qara dənizdə olan məlum adada düşmən qüvvələrinə hücum ediblər. Əvvəlki hücumlarda da PUA-lardan istifadə edilib.

"Müvafiq videonu “Cənub” Əməliyyat Komandanlığı “Bayram üçün əla hədiyyədir” başlığı ilə yayıb. Ukraynaya məxsus döyüş PUA-sı adanı ələ keçirmiş Rusiya qüvvələrini vurub. Xatırladaq ki, aprelin sonu və mayın əvvəlində Ukrayna qoşunları İlan adası ərazisindəki hədəfləri iki dəfə vurmuşdu. Əvvəlcə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla mühüm mövqelər, daha sonra isə 2 "Raptor" qayığı məhv edilmişdi", - məqalədə yazılıb.

İddia olunur ki, hər üç əməliyyat "Bayraktar"la reallaşdırılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   PUA  



Xəbər lenti