Estoniya Ukraynaya 230 milyon avroluq silah verib

Estoniya Ukraynaya 230 milyon avroluq silah verib
  06 May 2022    Oxunub:677
Ukraynada münaqişə başlayandan bəri Estoniya Kiyevə 230 milyon avro dəyərində silah və sursat verib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar məlumat verib.

"Münaqişə başlayandan biz Ukraynanı həm hərbi, həm də humanitar yardımla dəstəkləməyə davam etdik, həmçinin şəxsi təşəbbüslə Ukraynaya külli miqdarda yardımın göndərilməsini dəstəklədik. Ümumilikdə Estoniyadan Ukraynaya 230 milyon avro dəyərində hərbi yardım gedib”, - Saar Müdafiə Nazirliyində keçirilən mətbuat konfranslarında deyib.

Onun sözlərinə görə, Ukraynaya silah-sursat, o cümlədən minaatanlar, tank əleyhinə qumbaraatanlar və idarəolunan tank əleyhinə sistemlər, təkərli zirehli maşınlar, eləcə də hərbi qulluqçular üçün çoxlu sayda texnika göndərilib.

AzVision.az



Teqlər: Estoniya  



Xəbər lenti