Erməni polisi yaşlı qadını döydü - VİDEO

   Erməni polisi yaşlı qadını döydü -    VİDEO
  06 May 2022    Oxunub:1585
Bu gün Ermənistanda keçirilən etiraz aksiyaları zamanı polislər müxalifət fəallarına qarşı zorakılıq nümayiş etdiribər. AzVision.az xəbər verir ki, yerli media gün ərzində paytaxt İrəvanda təşkil olunan aksiya və yürüşlərdə hüquq-mühafizə xidməti orqanları əməkdaşlarının xidmətdən kənar davranışlar sərgilədiyini yazıb.
İrəvanda daha bir polis zorakılığı - VİDEO
Bu cür faktlara dair videoları dərc edən saytlar hətta "qırmızı beretli"lərdən birinin yaşlı qadına qapaz vurmasını yazıb. Görüntülərdə polisin bu davranışından sonra erməni qadınların onun üzərinə hücum etməsi də əks olunub.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Polis  



Xəbər lenti