BMT-nin baş katibi Moldovaya gedəcək

BMT-nin baş katibi Moldovaya gedəcək
  06 May 2022    Oxunub:565
BMT-nin baş katibi Antonio Quterreş Moldovaya rəsmi səfər edərək ölkənin hakimiyyət orqanları ilə görüşəcək və qaçqınların yerləşdirilməsi mərkəzinə baş çəkəcək.
AzVision.az xəbər verir ki, məlumatı “RİA Novosti”yə Moldovanın Prezidentinin Administrasiyası təsdiqləyib. BMT-nin Moldovadakı ofisi səfərin iki gün davam edəcəyini bildirib. Gündəliyə Prezident Maya Sandu, baş nazir Natalya Qavrilitsa ilə görüşlər və ukraynalı qaçqınların müvəqqəti yerləşdirilməsi mərkəzinə baş çəkmək də daxildir.

AzVision.az


Teqlər: BMT   Moldova  





Xəbər lenti