Peqov yenə də özünü biabır etdi – VİDEO

   Peqov yenə də özünü biabır etdi –    VİDEO
  06 May 2022    Oxunub:5419
Erməni mediamaqnat Aram Qabrielyanovun kürən tülküsü, vaxtilə Qarabağdan yaydığı yalanlarla özünü biabır edən Semyon Peqov bu dəfə Ukraynada həmin “qəhrəmanlıqları” təkrarlamaqdadır.
AzVision.az xəbər verir ki, Peqovun guya döyüş bölgəsindən hazırladığı bir reportajda arxada “Kamaz” üzərində zenit pulemyotundan atəş açan rus əsgəri görünür. Amma həmin videonun montajsız variantına baxanda bəlli olur ki, əslində bura döyüş meydanı deyil, əsgərin açdığı atəş isə səhnələşdirmədir.



Qeyri-ixtiyari soruşmaq istəyirsən: Özfəaliyyətiniz elə bundan ibarətdir?! Budurmu sizin “cəbhə jurnalistiniz”?
Cəbhə jurnalisti belə olanun ordusu da elə olar...

Tariyel Həsənov
AzVision.az


Teqlər: Peqov   Feyk  



Xəbər lenti