Muzdla işləyənlərin sayı açıqlandı

Muzdla işləyənlərin sayı açıqlandı
  18 Aprel 2014    Oxunub:1270
Azərbaycanda muzda işləyənlərin son sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin martın 1-nə olan statistikaya görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1494,1 min nəfər olub. Onlardan 898,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Bildirilib ki, muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5 faizi tikintidə, 5 faizi nəqliyyat və anbar təsərrüfatında məşğul olublar. Həmçinin işçilərin 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,5 faizi iqtisadiyyatın digər sahələrində çalışıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti