Rusiyanın Ukraynanın cənubunda verdiyi itkilər açıqlandı

Rusiyanın Ukraynanın cənubunda verdiyi itkilər açıqlandı
  07 May 2022    Oxunub:821
Ukrayna Rusiya ordusunun 24 saat ərzində verdiyi yeni itkilər barədə məlumat yayıb. “Cənub” Əməliyyat Komandanlığının media üçün yaydığı bəyanatda deyilir ki, onlar cənub istiqamətində 21 rus hərbçisini və 7 texnikanı məhv ediblər.
"Xüsusən də gün ərzində Xerson və Nikolayev vilayətlərində düşmən işğal olunmuş mövqelərdə döyüş əməliyyatlarını davam etdirib, amma çox da fəallıq göstərməyib. Eyni zamanda 5 raket zərbəsi endirilib və “Smerç” reaktiv yaylım atəşi sistemləri ilə atəş həyata keçirilib. Nikolayev vilayətində 1 raket zenitlə məhv edilib, qalanları isə əvvəllər dağılmış dəmir yolu körpüsünə düşüb. Səhər Odessa vilayətində Belqorod-Dnestryanı bölgəsində düşmən raketi havadaca zərərsizləşdirilib. Axşam saatlarında isə bura 2 raket zərbəsi endirilib. Tələfat yoxdur”, - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, ruslar Nikolaev vilayətində PUA-ların köməyi ilə hava kəşfiyyatı aparmaq üçün ənənəvi olaraq Orlan-10-dan istifadə ediblər ki, o da dırhal məhv edilib.

“Düşmənin sutka ərzində ümumi itkiləri 21 hərbçi və 7 texnika, o cümlədən “Orlan”dan əlavə, 4 özüyeriyən haubitsa, “Qrad” reaktiv yaylım atəş sistemi və döyüş üçün hazırlanmış TOR zenit-raket kompleksi olub”, - Ukrayna mediası yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti