Paşinyan Aleksandr Şafyanı işdən çıxardı

Paşinyan Aleksandr Şafyanı işdən çıxardı
  07 May 2022    Oxunub:1055
Ermənistanın Təhsil müfəttişliyi orqanının rəhbəri Aleksandr Şafyan vəzifəsindən azad edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, bununla bağlı müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb. Məlumatda bildirilir ki, Şafyan mayın 10-da vəzifəsini tərk edəcək.

O, 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra- iyulun 9-da təftiş qurumunun rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ermənistanda Təhsil müfəttişliyi orqanı nəzarət funksiyalarını yerinə yetirir, habelə qanunla müəyyən edilmiş qaydada bu sahədə məsuliyyətə cəlbetmə tədbirləri tətbiq edir.

AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti