Məqalədə qeyd edilir ki, aprel ayında Ermənistanın istehlak bazarında inflyasiya mart ayı ilə müqayisədə 2,3% təşkil edib. Qeyd edilir ki, ölkənin bütün şəhərlərində qiymətlər bir aya 1,9-2,5% artıb. Ən yüksək inflyasiya isə Qafanda qeydə alınıb.
"İrəvanda istehlak qiymətləri 2,4% artıb. Ərzaq və alkoqolsuz içkilər üzrə inflyasiya apreldə mart ayı ilə müqayisədə 4% çoxalıb. Ümumilikdə isə 2022-ci ildə respublikanın bütün şəhərlərində bahalaşma müşahidə olunub. Ötən ay ölkədə mart ayına nisbətən ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 3,8-4,8 faiz qalxıb. İdjan və Qafan şəhərlərində yüksək inflyasiya qeydə alınıb. Paytaxtda ərzaq və alkoqolsuz içkilərin qiymətləri 3,8% bahalaşıb. Həmçinin ən çox istifadə olunan ərzağın-çörəyin də qiyməti qalxıb, - müəllif yazıb.
Qeyd edilir ki, Dövlət Statistika Komitəsi də çörəyin qiymətinin aprelə əvvəlki ayla müqayisədə 1,7% bahalaşdığını bəyan edib. Un 2,9, makaron məmulatları isə 7,3 faiz bahalaşıb. Apreldə fıstıq, düyü, mərcimək və qarabaşaq yarmasının qiymətləri də qalxıb.
"Məsələn, düyü 2,7% bahalaşıb. Süd məhsulları bazarında da inflyasiya müşahidə olunub. Pendir 2,7, xama 4,1, qatıq 9,8% bahalaşıb", - qəzet yazıb.
Tural Tağıyev
AzVision.az