"280-ə yaxın hərbçi öldürülüb" - Rusiyalı general

               "280-ə yaxın hərbçi öldürülüb" -     Rusiyalı general
  07 May 2022    Oxunub:740
Rusiya sutka ərzində öldürülən ukraynalı hərbçilərin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov Rusiya təyyarələri və helikopterləri vasitəsilə 280-ə qədər əsgər və zabitin öldürüldüyünü açıqlayıb.
- Xarkov vilayətindəki Boqoduxov dəmir yolu stansiyasının ərazisində ABŞ və Avropa ölkələrindən alınan böyük hərbi texnika yığılıb. Zərbələr nəticəsində 280-ə qədər "millətçi" məhv edilib, 48 ədəd hərbi texnika vurulub. Xeyli sayda silah və hərbi texnika sıradan çıxarılıb, - general brifinqdə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti