"Mayın 5-nə olan məlumata görə, Avropa İqtisadi Zonasının 15 ölkəsində 16 yaş və daha kiçik uşaqlarda mənşəyi məlum olmayan təxminən 95 kəskin hepatit hadisəsi qeydə alınıb. Ən çox yoluxma İtaliya və İspaniyadadır. Müvafiq olaraq 35 və 22 arası... Hollandiya və Danimarkanın hər birində altı, İrlandiyada isə beşdən az belə hal yaşanıb. Portuqaliya və Rumıniyada isə hər ölkədə dörd nəfər yoluxub. Belçikada üç, Avstriya, Kipr, Fransa və Norveçdə iki nəfər qeydiyyata düşüb. Almaniya, Polşa, Sloveniya kimi ölkələrdə isə 1 hadisə aşkarlanıb", - məqalədə yazılıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən ay iyirmi ölkədə naməlum mənşəli kəskin hepatitlə bağlı təxminən 230 yoluxma hadisəsi barədə məlumat vermişdi.
Tural Tağıyev
AzVision.az